18 Nisan 2016 Pazartesi

Nəticə

Nitq etiketlərinin ətrafdakılarla düzgün münasibət yaratmaqda böyuk rolu var.Ancaq gərək onlardan düzgün istifadə edəsən.Nəsə istəyirsənsə,xahiş etmək lazımdır.Kimisə bilmədən incitmisənsə,üzr istəməlisən.Sənə yaxşılıq edirlərsə,təşəkkür etməlisən.Ümümiyyətlə,həyatda nəyəsə nail olmaq istəyirsənsə,nitq etiketlərindən istifadə etməlisən.Nitq etiketlərindən düzgün istifadə edən adamı hamı çox sevir.Onu tərbiyəli hesab edir.Ətrafdakılar onun istəklərini həvəslə yerinə yetirirlər.Bu isə həyatda irəli getmək üçün böyük zəmin yaradır.

Nitq etiketlərinin bizə köməyi

Biz yoldaşlarımızla məktəbin kitabxanasına getdik.Bir nəfər irəli yeriyib kitabxanaçıdan "Cırtdan"nağıl kitabını istədi.O,çox nəzakətlə danışırdı.Kitabxanaçı onu hörmətlə yola saldı.Birdən sinif yoldaşım irəli atıldı.Kobudcasına qışqırdı:Tez ol,mənə də "Qırmızı papaq"nağılını ver.Kitabxanaçı bərk hirslənib onu qovdu.Sonra biz mağazaya getdik.Mən satıcıdan nəzakətlə bir piroq verməsini xahiş etdim.O məni hörmətlə yola saldı.Bu zaman Nigar qabağa keçib məni itələyib satıcıya kobudcasına dedi:Ə,bura bax,tez mənə bir peçenye ver.Mən tələsirəm.Satıcı ona təpindi və özünü də qovdu.Biz yenidən toplaşıb gördüklərimizi müzakirə etdik


Nitq mədəniyyəti haqqında

Nitq mədəniyyəti insanlar arasında ünsiyyət yaratmaqda böyük rol oynayır.Nitq etiketlərindən düzgün istifadə etmək vacibdir.Danışarkən nitq etiketlərindən istifadə edərsənsə,ətrafdakılarla düzgün münasibət yarada bilərsən.Əxlaq mədəniyyəti insanların min illər boyu yaratdığı qaydalara əsaslanmış davranış normalarıdır. Orta əsrlərin sonlarından bu normalar etiket adlanmağa başlamışdır. Dünyada etiket normalarının hüquqi yaradıcıları ingillislər olmuşlar. XVIII əsrdə məşhur ingilis yazıçısı Oliver Holdsmit “ Dünyanın vətəndaşı və ya Çin filosofunun məktubları” əsərində yazımışdır ki, hər bir ölkənin milli əxlaq normaları olsa da, bütün insanlıq üçün eyni ola bilən normalar da mövcuddur və bunlar sağlam düçüncədən, kamillikdən doğur. Bunlara malik adam hansı millətə məxsus olmasından asılı olmayaraq hər yerdə hamı tərəfindən rəğbətlə qarşılanır. 
Mədəni, kübar, əxlaqlı adam olmaq üçün etiket qaydalarını bilmək hələ kifayət deyil. Bu qaydaları həm bilmək, həm də onlara öz gündəlik davranışlarında əməl etmək lazımdır. Hələ o dövrlərdən belə fikirləşirdilər ki, əxlaqlı adamı 3 çəhət zinətləndirir: xeyirxahlıq, təvazökarlıq, nəzakət. İnsan cəmiyyətdə yaşayır, digər insanlarla, təşkilatlarla daim ünsiyyətdədir. Əlaqələrimiz genişləndikcə ünsiyyət yaratmaq imkanlarımız da artır.
Görkəmli sovet pedaqoqu V.A.Suxomlinski yazırdı ki, siz insanlar arasında yaşayırsınız. Öz hərəkələrinizi, insanlara müraciətinizi həmişə ağlınızla yoxlayın, başqalarına pislik edib-etmədiyinizə, onların xətrinə dəyib-dəymədiyinizə əmin olun.
Bəs biz ünsiyyəti necə öyrənmişik?


Etiket  normaları - nitq mədəniyyəti

Ünsiyyət mədəniyyətinin özülü ailədən qoyulurr, əsas iş də burdan başlayır. Çünki uşaq ilk səsləri, sözləri məhz ailədə eşidir, danışmaq öyrənir, sonra özü həmsöhbətə çevrilir. Deməli, həm danışır, həm də dinləyir. Həm soruşur, həm də cavab verir. Odur ki, bu məsələyə, sadəcə, təkcə nitq vərdişlərinə yiyələnmək kimi yox, həm də ünsiyyət vərdişlərinə yiyələnmək kimi baxmaq lazımdır. Sokrat haqlı olaraq demişdir ki, danış, səni görüm. Kiminləsə danışarkən onun psixikasını, daxili aləmini nəzərə almaq, temperamentini duymaq lazımdır. Çünki insanlar hamısı eyni deyillər: ətrafımızdakılardan kimlərsə qəmli, şən, utanacaq, inadkar, lovğa və s. olduğu şəksizdir. Kimsə hamıyla eyni cürə danışsa, ya dinlənilməyəcək, ya da qəlblərə, beyinlərə yol tapa bilməyəcəkdir. Amerika alimlərinin ali idarəetmə işçiləri üçün tövsiyələri eləcə də bütün insan qruplarına aid edilə bilər. Onlar deyirlər ki, elektrik qığılcımları kimi insanların əməli ideyalarının əksəriyyəti başqalarının fikirləri ilə təmasda yaranır. Buna görədə həmsöhbətinə diqqətlə qulaq asmaq, sözünü kəsməmək, mətləbə daxil olmayanları söhbətə qoşmaqla məzmunsuzluq yaratmamaq lazımdır. Bununla siz müsahibinizdən yeni ideyalar və məlumatlar əldə edə biləcək, eyni zamanda çox böyük mədəniyyətlə dinlədiyiniz üçün ehtiram qazanacqsınız. Yüksək dinləmə mədəniyyəti müsahibini həm də daha gözəl və canlı danışmağa sövq edir.
Sizi danışarkən söylədiklərinizin dinləyənə necə təsir göstərdiyini diqqətdən qaçırmamalısınız. Çünki istər yazılı, istərsə də şifahi nitqinizdə ağır söz işlətmədən də sözün arxasında gizlənən məna ilə adamın qəlbinə dəymək mümkündür. Ünsiyyət zamanı hər sözü məharətlə işlətmək lazımdır. Səs tonu da diqqətdən qaçırılmamalıdır. Daha gözəl və canlı danışmaq üçün bunlar hamısı şərtdir. Bu zaman jest və mimikaların da ahəngini gözləməlisiniz. İnsanda hər şey gözəl olmalıdır. Geyiminiz, hərəkətləriniz (müsahibinizə necə baxırsınız, ayaq üstəsinizsə duruşunuz, əl-qol hərəkətləriniz və s) bu gözəlliyi tamamlamalıdır.
Ünsiyyət mədəniyyəti yalnız gözəl və mənalı danışmaqdan ibarət deyildir. Bu prosesdə iki tərəf var: danışan və dinləyən.
Etiket  normaları - nitq mədəniyyəti

Nə qədər zəngin danışsanız, həmsöhbətinizin və yaxud auditoriyadakı adamların qəlbinə daha asan yol tapacaqsınız. Bu zaman həm də gözəl dinləniləcəksiniz. Gözəl danışan qarşısıdakı adamlarda nə qədər xoş təəssürat yaradırsa, gözəl dinləyən də özü haqqında eyni təəssüratı yaradır. Bunlar hamısı nəzakət, əxlaq qaydaları üçün mühümdür.
Biz hər gün ictimai həyatın müxtəlif sahələrində taqnıyıb-tanımamağımızdan asılı olmayaraq çoxlu insanlarla ünsiyyətdə oluruq və ya ətrafımızda bunları seyr edirik. Səmimi, mehriban ünsiyyət xoşumuza gəldiyi kimi, əl-qol ata-ata kobud, küçə leksikonunda danışanları görəndə əsəbiləşirik. Belə mənzərələrin yaranmasında hər birimizin məsuliyyət payı var. Biz uşaqları bu ünsiyyətə necə hazırlayırıq? Biz uşaqlarımıza dinləmək mədəniyyətini necə öyrədirik, özümüz onlara necə nümunə oluruq?
Etiket  normaları - nitq mədəniyyəti

Fransız yazıçısı V.Hüqo yazırdı ki,yaşadığımız dünyada səmadan da gözəl mənzərə vardır, bu, insan qəlbinin dərinliyidir. Bu dərinliyə baş vura bilmək üçün gözəl danışmağı, müraciət formalarını, dinləməyi bacarmaq lazımdır. Bir şeirdə deyildiyi kimi:

Sözü süz, sonra söylə,
Üzə söylə, qeybət olmasın.
Elə söylə ki, xoş gəlsin sənə,
həm əğyara.
İşarəilə söylə, rəmzlə söylə.
Ancaq səddini çək sonra söylə...
Ş.Təbrizi


Etiket  normaları - nitq mədəniyyəti