Mədəni, kübar, əxlaqlı adam olmaq üçün etiket qaydalarını bilmək hələ kifayət deyil. Bu qaydaları həm bilmək, həm də onlara öz gündəlik davranışlarında əməl etmək lazımdır. Hələ o dövrlərdən belə fikirləşirdilər ki, əxlaqlı adamı 3 çəhət zinətləndirir: xeyirxahlıq, təvazökarlıq, nəzakət. İnsan cəmiyyətdə yaşayır, digər insanlarla, təşkilatlarla daim ünsiyyətdədir. Əlaqələrimiz genişləndikcə ünsiyyət yaratmaq imkanlarımız da artır.
Görkəmli sovet pedaqoqu V.A.Suxomlinski yazırdı ki, siz insanlar arasında yaşayırsınız. Öz hərəkələrinizi, insanlara müraciətinizi həmişə ağlınızla yoxlayın, başqalarına pislik edib-etmədiyinizə, onların xətrinə dəyib-dəymədiyinizə əmin olun.
Bəs biz ünsiyyəti necə öyrənmişik?
Ünsiyyət mədəniyyətinin özülü ailədən qoyulurr, əsas iş də burdan başlayır. Çünki uşaq ilk səsləri, sözləri məhz ailədə eşidir, danışmaq öyrənir, sonra özü həmsöhbətə çevrilir. Deməli, həm danışır, həm də dinləyir. Həm soruşur, həm də cavab verir. Odur ki, bu məsələyə, sadəcə, təkcə nitq vərdişlərinə yiyələnmək kimi yox, həm də ünsiyyət vərdişlərinə yiyələnmək kimi baxmaq lazımdır. Sokrat haqlı olaraq demişdir ki, danış, səni görüm. Kiminləsə danışarkən onun psixikasını, daxili aləmini nəzərə almaq, temperamentini duymaq lazımdır. Çünki insanlar hamısı eyni deyillər: ətrafımızdakılardan kimlərsə qəmli, şən, utanacaq, inadkar, lovğa və s. olduğu şəksizdir. Kimsə hamıyla eyni cürə danışsa, ya dinlənilməyəcək, ya da qəlblərə, beyinlərə yol tapa bilməyəcəkdir. Amerika alimlərinin ali idarəetmə işçiləri üçün tövsiyələri eləcə də bütün insan qruplarına aid edilə bilər. Onlar deyirlər ki, elektrik qığılcımları kimi insanların əməli ideyalarının əksəriyyəti başqalarının fikirləri ilə təmasda yaranır. Buna görədə həmsöhbətinə diqqətlə qulaq asmaq, sözünü kəsməmək, mətləbə daxil olmayanları söhbətə qoşmaqla məzmunsuzluq yaratmamaq lazımdır. Bununla siz müsahibinizdən yeni ideyalar və məlumatlar əldə edə biləcək, eyni zamanda çox böyük mədəniyyətlə dinlədiyiniz üçün ehtiram qazanacqsınız. Yüksək dinləmə mədəniyyəti müsahibini həm də daha gözəl və canlı danışmağa sövq edir.
Sizi danışarkən söylədiklərinizin dinləyənə necə təsir göstərdiyini diqqətdən qaçırmamalısınız. Çünki istər yazılı, istərsə də şifahi nitqinizdə ağır söz işlətmədən də sözün arxasında gizlənən məna ilə adamın qəlbinə dəymək mümkündür. Ünsiyyət zamanı hər sözü məharətlə işlətmək lazımdır. Səs tonu da diqqətdən qaçırılmamalıdır. Daha gözəl və canlı danışmaq üçün bunlar hamısı şərtdir. Bu zaman jest və mimikaların da ahəngini gözləməlisiniz. İnsanda hər şey gözəl olmalıdır. Geyiminiz, hərəkətləriniz (müsahibinizə necə baxırsınız, ayaq üstəsinizsə duruşunuz, əl-qol hərəkətləriniz və s) bu gözəlliyi tamamlamalıdır.
Ünsiyyət mədəniyyəti yalnız gözəl və mənalı danışmaqdan ibarət deyildir. Bu prosesdə iki tərəf var: danışan və dinləyən.
Nə qədər zəngin danışsanız, həmsöhbətinizin və yaxud auditoriyadakı adamların qəlbinə daha asan yol tapacaqsınız. Bu zaman həm də gözəl dinləniləcəksiniz. Gözəl danışan qarşısıdakı adamlarda nə qədər xoş təəssürat yaradırsa, gözəl dinləyən də özü haqqında eyni təəssüratı yaradır. Bunlar hamısı nəzakət, əxlaq qaydaları üçün mühümdür.
Biz hər gün ictimai həyatın müxtəlif sahələrində taqnıyıb-tanımamağımızdan asılı olmayaraq çoxlu insanlarla ünsiyyətdə oluruq və ya ətrafımızda bunları seyr edirik. Səmimi, mehriban ünsiyyət xoşumuza gəldiyi kimi, əl-qol ata-ata kobud, küçə leksikonunda danışanları görəndə əsəbiləşirik. Belə mənzərələrin yaranmasında hər birimizin məsuliyyət payı var. Biz uşaqları bu ünsiyyətə necə hazırlayırıq? Biz uşaqlarımıza dinləmək mədəniyyətini necə öyrədirik, özümüz onlara necə nümunə oluruq?
Fransız yazıçısı V.Hüqo yazırdı ki,yaşadığımız dünyada səmadan da gözəl mənzərə vardır, bu, insan qəlbinin dərinliyidir. Bu dərinliyə baş vura bilmək üçün gözəl danışmağı, müraciət formalarını, dinləməyi bacarmaq lazımdır. Bir şeirdə deyildiyi kimi:
Sözü süz, sonra söylə,
Üzə söylə, qeybət olmasın.
Elə söylə ki, xoş gəlsin sənə,
həm əğyara.
İşarəilə söylə, rəmzlə söylə.
Ancaq səddini çək sonra söylə...
Ş.Təbrizi
Üzə söylə, qeybət olmasın.
Elə söylə ki, xoş gəlsin sənə,
həm əğyara.
İşarəilə söylə, rəmzlə söylə.
Ancaq səddini çək sonra söylə...
Ş.Təbrizi
Titanium Arte | Technologies - TITanium Arts
YanıtlaSilI have a glassware project that can titanium block be broken with this stone. The titanium pickaxe terraria stainless micro touch hair trimmer steel aluminum frame will have a top surface which will be babyliss pro nano titanium straightener able to titanium nitride coating handle